Yuxarı

​"Bakı-2015" Avropa Oyunlarının məşəli Yevlax şəhərinə gətirilib - FOTO

Çıraq Avropa Oyunları başa çatanadək Heydər Əliyev Mərkəzində saxlanılacaq

Bakı. 13 may. REPORT.AZ/ Avropa Oyunlarının məşəli Yevlax şəhərinə gətirilib. "Report" xəbər verir ki, şəhərin girişində rayon sakini Aslan Mirzəyev həmyerlilərinin alqış sədaları altında məşəli qəbul edərək, Heydər Əliyev prospekti boyunca hərəkətə başlayıb. 4 km-ə yaxın məsafəni on məşəlçi növbə ilə bir-birinə ötürərək şəhərin mərkəzi meydanına gəliblər. Sonuncu yürüşçü rayonun fəal gənclərindən olan Ariz Mikayılov burada qurulmuş səhnəyə qalxaraq məşəli alovlandırıb. 

Birinci Avropa Oyunlarının məşəli ilə yandırılan çıraq isə mərasim iştirakçılarının alqışları altında rayon ictimaiyyətinə təqdim edilib. Çıraq  Avropa Oyunları başa çatanadək Heydər Əliyev Mərkəzində saxlanılacaq.

Tədbir respublikanın və rayonun incəsənət ustalarının konsert proqramı ilə davam edib.

Məşəl Yevlaxdan Bərdə rayonuna yola salınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi