Bakı 2015 Avropa Oyunları Serbiyada da yayımlanacaq

Bakı 2015 Avropa Oyunları Serbiyada da yayımlanacaq Oyunlar ödənişsiz ictimai yayım kanalı olan Radio Television Serbiya (RTS) vasitəsilə nümayiş olunacaq
Avropa Oyunları
29 May , 2015 21:28
Bakı 2015 Avropa Oyunları Serbiyada da yayımlanacaq

Bakı. 29 May. REPORT.AZ/ Bu gün, Bakı 2015, serbiyalı izləyicilərə 12-28 iyun tarixində keçiriləcək birinci Avropa Oyunlarını seyr etmək imkanı verən yayım müqaviləsi imzaladı.

"Report"un xəbərinə görə, oyunlar, ödənişsiz ictimai yayım kanalı olan Radio Television Serbiya (RTS) vasitəsilə nümayiş olunacaq. Bu kanal Olimpiya Oyunlarının, eləcə də futbol üzrə UEFA Çempionlar Liqasının yayım hüququna sahibdir. Kanal ölkə üzrə 3 milyon evdə izlənilir.

Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq dedi: “Bakı 2015, uzunömürlü brend yaratmağa kömək etmək, həmçinin, bu həyəcanı Avropada və onun hüdudlarından kənarda mümkün qədər çox izləyici ilə bölüşmək üçün, Birinci Avropa Oyunlarının ən geniş yayım şəbəkəsində nümayiş olunmasını təmin etməyə çalışır. Bu yeni müqavilə Oyunlara böyük marağın olduğunu göstərir və mən çox şadam ki, serbiyalı azarkeşlər öz idmançılarının yarışını izləmək imkanı əldə edəcəklər. Serbiya güclü idman ənənəsinə malik ölkədir və biz, serbiyalı idmançılardan gələn ay Bakıda böyük uğurlar gözləyirik.”

RTS Proqramının direktoru Vladan Skrkik isə öz növbəsində deyib: “Mən həmişə idmanın inkişaf etdirilməsinə dəstək vermişəm və belə bir yarışda, ələlxüsus da inaqurasiya versiyasında, iştirak etməyə görə çox şadam.”

Son xəbərlər

Orphus sistemi