Yuxarı

"Bakı-2015" boks və güləş yarışçılarına "Rio-2016" Olimpiya Oyunları üçün kvalifikasiya imkanları yaradacaq

Ümumilikdə Bakı-2015in 20 idman növündən 11-i Braziliyada keçiriləcək növbəti Olimpiya Oyunları üçün kvalifikasiya təklif edir

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Bakı-2015" Avropa Oyunlarında iştirak edəcək boksçu və güləşçilər üçün bu yarış həm də "Rio-2016" Olimpiya Oyunların kvalifikasiya mərhələsi olacaq. Bu barədə "Report"a "Bakı-2015" Avropa Oyunlarının mətbuat xidmətindən məlumat verilib.

Ümumilikdə "Bakı-2015"də 20 idman növündən 11-i Braziliyada keçiriləcək növbəti Olimpiya Oyunları üçün kvalifikasiya mərhələsi olacaq.

"Bakı-2015"in boks yarışlarında kişilər arasında 10 çəki dərəcəsində medal qazanan idmançıların hər biri "AIBA-2015" Boks üzrə Dünya Çempionatında iştirak etmək hüququ qazanacaq. 

"Rio-2016" üçün kvalifikasiya imkanları təklif edən 11 idman növünə oxatma, yüngül atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş və voleybol daxildir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi