Yuxarı
    Bağlamaq

    "Bakı-2015" Avropa Oyunlarının açılış mərasimi üçün bədii direktor təyin edilib

    Bakı-2015in açılış mərasimi Azərbaycan mədəniyyətini təqdim edəcək
    • Bakı. 3 oktyabr. REPORT.AZ/ "Bakı-2015" Avropa Oyunlarnın açılış və bağlanış mərasimlərinin təşkili üçün ABŞ-ın "FiveCurrents" şirkəti ilə müqavilə bağlanıb. "Bakı-2015" Avropa Oyunlarının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycanda keçiriləcək Avropa Oyunlarının bədii direktoru vəzifəsinə isə Dimitris Papaioannou təyin edilib. 
    • "Afina-2004" Olimpiya Oyunları Mərasimlərinin bədii direktoru olmuş tanınmış incəsənət xadimi, xoreoqraf, aktyor və yaradıcı baxışa sahib olan D. Papaioannou bu möhtəşəm tamaşa işi üçün çox münasib hesab olunub.
    • "Bakı-2015"in açılış mərasimi Azərbaycan mədəniyyətini təqdim edəcək.
    • Papaioannou "Afina-2004" Olimpiya Oyunlarındakı işindən sonra Yunanıstanın prezidenti tərəfindən görkəmli yaradıcılıq nailiyyətlərinə görə "Qızıl Xaç"Şərəf Ordeninə layiq görülüb.
    • "Bakı-2015" açılış və bağlanış mərasimlərinin təşkili üçün müəyyənləşdirilmiş "FiveCurrents" şirkəti "Soçi-2014" Qış Olimpiya Oyunlarının mərasimlərini, "Rio-2007" və "Quadalacara-2011" Pan Amerika Oyunlarının mərasimlərini, Sinko de Mayonun 15-ci ildönümünü və Rio de Janeyroda Reveillon Kopakabana Yeni il Şənliyini həyata keçirib.
    • Qeyd edək ki, "Bakı-2015"  Avropa Oyunlarının açılış mərasimi gələn il iyunun 12-də  yenicə tikilmiş Bakı Olimpiya Stadionunda, 68000 tamaşaçı və dünya üzrə milyonlarla televiziya izləyicisi qarşısında keçiriləcək.
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi