Yuxarı

Bakı-2015 Avropa Oyunları Rumıniya, Macarıstan və Belçikada canlı yayımlanacaq

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi üç ölkə ilə beynəlxalq yayım müqavilələri bağlayıb
  • Bakı. 10 sentyabr. REPORT.AZ/ Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi Rumıniya, Macarıstan və Belçika ilə üç beynəlxalq yayım müqavilələri bağlayıb.  Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin mətbuat xidmətindən Report-a verilən məlumata görə, sözügedən üç müqavilənin bağlanması ilə idman azarkeşləri gələn ilin yayında Azərbyacanda keçiriləcək 17 günlük birinci Avropa Oyunlarını canlı izləyə biləcəklər. 
  • Bağlanmış müqavilələrə görə, "DigiSport" şirkəti Rumıniya və Macarıstanda, "Sport-10" şirkəti isə Belçikada Avropa Oyunlarını yayımlayacaq.
  • Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru Saymon Kleq deyib ki, bu üç sazişin bağlanması bütün qitədə birinci Avropa Oyunlarını izləməyə olan marağın yüksək səviyyədə olduğunu göstərir: "Rumıniya, Macarıstan və Belçikanın idman sahəsində möhtəşəm uğur tarixi var. Oradakı azarkeşlərin gələn yay keçiriləcək yarışlarda öz idmançılarının nailiyyətlərini izləmələri üçün zəmanətin verilməsi gözəl haldır". 
  • Beynəlxalq İdman Yayımı Şirkəti Avropa Oyunları müddətində oyunların 800 saatlıq canlı, müasir təqdimatını təmin edəcək. Hər üç ölkədə hər gün tədbirin kadrları, eyni zamanda, tam şəkildə açlış və bağlanış mərasimləri yayımlanacaq. 
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi