Azərbaycan Səhiyyə Nazirliyi “Bakı-2015” I Avropa Oyunlarına tibb işçilərinin cəlb olunmasına dair elan yayıb

Azərbaycan Səhiyyə Nazirliyi “Bakı-2015” I Avropa Oyunlarına tibb işçilərinin cəlb olunmasına dair elan yayıb Könüllü tibb işçisi qismində iştirak etmək istəyən şəxslərdən əsasən iki istiqamət üzrə tələblərə cavab vermələri tələb olunur
Avropa Oyunları
2 Oktyabr , 2014 17:06
Azərbaycan Səhiyyə Nazirliyi “Bakı-2015” I Avropa Oyunlarına tibb işçilərinin cəlb olunmasına dair elan yayıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Səhiyyə Nazirliyi “Bakı-2015” I Avropa Oyunlarına tibb işçilərinin cəlb olunmasına dair elan yayıb. “Report”un xəbərinə görə, nazirlik iştirakçılara və xarici qonaqlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etmək məqsədilə könüllüləri əməkdaşlıq üçün dəvət edib.

Könüllü tibb işçisi qismində iştirak etmək istəyən şəxslərdən əsasən iki istiqamət üzrə tələblərə cavab vermələri tələb olunur. Belə ki, müraciət edən şəxslər ali tibbi təhsilli (terapevt, fizioterapevt, kardioloq, travmatoloq-ortoped və s. ixtisaslar üzrə) və 25-45 yaş arasında olmalıdır. Xarici dilləri bilən şəxslərə üstünlük veriləcək.

Maraqlananlar tərcümeyi-hallarını bu il oktyabrın 31-dək nazirliyin elektron poçt ünvanlarına göndərə bilərlər.

Qeyd edək ki, 2015-ci ilin iyun ayında Bakıda I Avropa Oyunları keçiriləcək. Ənənəvi və innovativ idman növləri ilə dünyanın 7000-dən çox yüksək dərəcəli idmançısı bu yarışlarda iştirak üçün 20 günə yaxın müddət ərzində Azərbaycanda olacaqlar.

Son xəbərlər

Orphus sistemi