​Azərkosmos "Bakı 2015"in rəsmi dəstəkçisi olub

​Azərkosmos "Bakı 2015"in rəsmi dəstəkçisi olub Şirkət "Bakı 2015"in 11-ci rəsmi dəstəkçisidir
Avropa Oyunları
16 Aprel , 2015 17:21
​Azərkosmos Bakı 2015in rəsmi dəstəkçisi olub

Bakı. 16 aprel. REPORT.AZ/ I Avropa Oyunlarının Əməliyyat Komitəsi Qafqazın ilk və yeganə peyk operatoru olan Azərkosmosu "Bakı 2015"in Rəsmi Dəstəkçisi və Rəsmi Peyk Xidmətləri Təchizatçısı elan edib. "Report"un məlumatına görə, bununla da Azərkosmos I Avropa Oyunlarının 11-ci rəsmi dəstəkçisi olub.

Şirkət avarçəkmə yarışlarına ev sahibliyi edəcək Mingəçevirdən informasiyanı Bakıda yerləşən Beynəlxalq Yayım Mərkəzinə ötürmək üçün Oyunları peyk rabitəsi olan xüsusi avtomobillə təmin edəcək. Gənclər və idman naziri, "Bakı 2015"in baş icraçı direktoru Azad Rəhimov əməkdaşlıq haqqında fikirlərini bildirib. Nazir Azərkosmosun Avropa Oyunları yarışlarının 74 beynəlxalq yayım tərəfdaşına ötürülməsində çox önəmli yer tutacağını deyib.

Qeyd edək ki, Azərkosmos Qafqaz regionunda yeganə olmaqla Azərbaycanın ilk milli peyk operatorudur və dövlət, eləcə də, özəl sektordan olan müştərilərini birbaşa peyk yayımı, səs, video, məlumat, mobil rabitə xidmətləri ilə təmin edir. Şirkət "Bakı 2015" I Avropa Oyunlarının rəsmi dəstəkçiləri Azərsun Holdinq, Bazarstore, McDonald’s Azərbaycan, Milla, Motorola Solutions, NAZ, Nestle, Red Bull, Sitecore və Tickethourun arasında yer alır.

Son xəbərlər

Orphus sistemi