Azərbaycanlı güləşçi "Bakı 2015"də bürünc medal qazanıb

Azərbaycanlı güləşçi "Bakı 2015"də bürünc medal qazanıb Həsən Əliyev 4:0 hesabı ilə serbiyalı güləşçi Aleksandr Maksimoviçi məğlub edib.
Avropa Oyunları
14 İyun , 2015 19:24
Azərbaycanlı güləşçi Bakı 2015də bürünc medal qazanıb

Bakı. 14 İyun. REPORT.AZ/ “Bakı 2015” I Avropa Oyunları çərçivəsində Azərbaycanın yunan-Roma güləşçilərindən 66 kq çəki dərəcəsində yarışan Həsən Əliyev bürünc medal qazanıb.

O, serbiyalı güləşçi Aleksandr Maksimoviçi 4:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, mübarizəyə təsnifat mərhələsindən qoşulan Həsən Əliyev (66 kq) ardıcıl olaraq gürcü Saçino Davitaia, xorvat Daniel Janecic və belarus idmançısı Mixail Siamionau üzərində inamlı qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi