Yuxarı

Azərbaycanlı boksçu: “Atam məni döyüşə elə hazırladı ki, qalib gəldim”

“Bu qələbə mənə möcüzə kimi görünür”

Bakı. 21 iyun. REPORT.AZ/ “Bu qələbə mənə möcüzə kimi görünür. Döyüş mənim üçün həm fiziki, həm də psixoloji cəhətdən çətin keçdi”. “Report”un məlumatına görə, bunu “Bakı 2015” I Avropa Oyunlarında Azərbaycanı təmsil edən Yana Alekseyevna deyib. O, finlandiyalı Mira Potkonenlə döyüşünün çətin keçməsinə səbəb kimi əvvəlki görüşlərdə ona məğlub olmasını göstərib: “Ona görə də bu qələbə mənim üçün möcüzədir. Xatırlayıram ki, mən ona ilk dəfə məğlub olanda başımı belə qaldıra bilmirdim. Amma bu dəfə məşqçim olan atam məni döyüşə elə köklədi, elə hazırladı ki, qalib gəldim. Bundan sonra da qələbələr qazanmağa hazıram. Biz hər şeyi Azərbaycan üçün etməyə, onun bayrağını qaldırmağa hazırıq. Mən tribunadan komandamızın digər üzvlərinin səsini eşidirdim. İlk dəfə idi ki, yarışlarda mənə belə azarkeşlik edildiyini görürdüm. Onlar da, tamaşaçılar da mənə elə azarkeşlik edirdilər ki, hər dəfə səslərini eşidəndə bədənimin hər zərrəsi yerindən oynayırdı. Hər raunddan sonra yorulurdum. Amma azarkeşlər elə qışqırırdılar ki, yenidən irəliyə can atmaq istəyirdim”.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi