Azərbaycanlı atlet: "Birincilik istəyirdim"

Azərbaycanlı atlet: "Birincilik istəyirdim" 22 yaşlı sprinter Azərbaycanın atletika komandasının ilk üçlükdə qərarlaşmaq şansının olduğunu bildirib
Avropa Oyunları
22 İyun , 2015 18:36
Azərbaycanlı atlet: Birincilik istəyirdim

Bakı. 22 iyun. REPORT.AZ/ "İkinci yeri tutmağıma baxmayaraq, sevinmirəm. Çünki qələbə istəyirdim və bu yarışa çox hazırlaşmışdım". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rahib Məmmədov deyib.

Kişilər arasında 110 metr məsafəyə sədli qaçışda ikinci yeri tutan R.Məmmədov zədəli olmasına baxmayaraq, çıxışından narazılığını dilə gətirib və gələcək planlarından danışıb: "Çoxlu zədəm olmuşdu. Ancaq birincilik istəyirdim. 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları və 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında çıxış etmək istəyirəm".

22 yaşlı sprinter Azərbaycanın atletika komandasının ilk üçlükdə qərarlaşmaq şansının olduğunu bildirib.

FOTO: İsmayıl Nur

Son xəbərlər

Orphus sistemi