Yuxarı
    Bağlamaq

    ​Azərbaycanın kişi velosipedçisi şosse yarışını yarımçıq tərk edib - YENİLƏNİB

    İştirakçılar öncə fərdi ötüşmədə (time-trial) mübarizə aparacaqlar

    Bakı. 18 iyun. REPORT.AZ/ I Avropa Oyunlarında Azərbaycanı şosse velosipedi növündə təmsil edən Elçin Əsədov mübarizəni yarımçıq tərk edib. "Report"un məlumatına görə, 40 velosipedçi arasında 52 km məsafəyə yürüşə çıxan E.Əsədov yolun 12,9 km-liyindən sonra çıxışını başa vurub.  

    *** 11:41

    "Bakı 2015" I Avropa Oyunlarında şosse velosipedi növündə qadınların fərdi ötüşmə (time-trial) yarışına yekun vurulub. "Report"un məlumatına görə, Azərbaycanı təmsil edən Yelena Pavluxina 6-cı yeri tutub. 

    O, finişə 33 dəqiqə 57.45 saniyəyə çatıb. 

    Qızıl və bürünc medallara hollandiyalı Ellen van Diyklə (32:26.87) Annemiek van Vlöten (33:33.56), gümüş medala isə ukraynalı Qanna Solovey (33:03.37) sahib olub.

    *** 09:57

    Bu gün "Bakı 2015" I Avropa Oyunlarında şosse velosipedi üzrə yarışlara start verilir. "Report"un məlumatına görə, iştirakçılar öncə fərdi ötüşmədə (time-trial) mübarizə aparacaqlar.

    Bilgəhdə təşkil olunacaq yürüşlərdə Azərbaycan yığma komandasının 2 üzvü çıxış edəcək. Saat 10:00-da qadınların yarışı start götürəcək. 25 km məsafəyə yürüş edəcək 29 velosipedçi arasında Azərbaycanı Yelena Pavluxina təmsil edəcək. O, start xəttinə saat 10:15-də çıxacaq.

    Saat 13:00-dan etibarən 52 km məsafə qət etməli olan 40 kişi velosipedçi arasında isə Azərbaycanın idman şərəfini Elçin Əsədov qoruyacaq. Onun start xəttinə saat 14:22-də çıxacağı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi