Azərbaycanın kişi və qadın basketbol komandaları 1/4 finala yüksəlib

Azərbaycanın kişi və qadın basketbol komandaları 1/4 finala yüksəlib Təşkilatçı ölkənin təmsilçiləri Litvanı və İsraili məğlub edib
Avropa Oyunları
25 İyun , 2015 20:42
Azərbaycanın kişi və qadın basketbol komandaları 1/4 finala yüksəlib

Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycanın 3X3 basketbol üzrə kişilərdən ibarət yığma komandası "Bakı 2015" I Avropa Oyunlarında 1/4 finala yüksəlib. "Report"un məlumatına görə, Azərbaycan yığması İsrail millisinə 19:14 hesabı ilə qalib gəlib. Millimiz növbəti mərhələdə İspaniya komandası ilə görüşəcək.

*** 18:20

Azərbaycanın 3X3 basketbol üzrə qadınlardan ibarət yığma komandası "Bakı 2015" I Avropa Oyunlarında 1/4 finala yüksəlib. "Report"un məlumatına görə, tərkibi Tatyana Deniskina, Renara Hayes, Aneyka Henri və Dina Ulyanovadan ibarət komanda 1/8 finalda Litvanı məğlub edib - 17:10.

Növbəti mərhələdə rəqib İspaniya olacaq. Görüş bu gün saat 21:30-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi