Azərbaycanın kişilərdən ibarət voleybol yığması Serbiyaya məğlub olub - VİDEO

Azərbaycanın kişilərdən ibarət voleybol yığması Serbiyaya məğlub olub - VİDEO Komandalar "A" qrupunda mübarizə aparır
Avropa Oyunları
17 İyun , 2015 00:28
Azərbaycanın kişilərdən ibarət voleybol yığması Serbiyaya məğlub olub - VİDEO

Bakı. 17 İyun. REPORT.AZ/ Ötən gün "Bakı 2015" I Avropa Oyunlarında çıxış edən Azərbaycanın kişi voleybolçulardan ibarət yığma komandası "A" qrupunda növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, millinin rəqibi Serbiya komandası olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşma serblərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə Azərbaycan millisi ardıcıl ikinci görüşünü məğlubiyyətlə başa vurmuş olub.

Azərbaycan voleybolçuları qrup mərhələsində ilk görüşlərini Finlandiya millisinə qarşı keçiriblər və sonda 2:3 hesabı ilə məğlub olublar.

"A" qrupunda Azərbaycanla yanaşı Fransa, Polşa, Finlandiya, Serbiya və Türkiyə yığmaları növbəti mərhələyə çıxmaq uğrunda mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi