Azərbaycanın kişilərdən ibarət voleybol yığması Avropa Oyunlarında mübarizəyə başlayıb

Azərbaycanın kişilərdən ibarət voleybol yığması Avropa Oyunlarında mübarizəyə başlayıb Təşkilatçı ölkə millisi Finlandiya ilə qarşılaşır
Avropa Oyunları
14 İyun , 2015 17:49
Azərbaycanın kişilərdən ibarət voleybol yığması Avropa Oyunlarında mübarizəyə başlayıb

Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında çıxış edən Azərbaycanın kişi voleybolçulardan ibarət yığma komandasının qrup mərhələsində ilk görüşü başlayıb. "Report" xəbər verir ki, A qrupunda yer alan təşkilatçı ölkə millisi birinci turda Finlandiya yığması ilə üz-üzə gəlir.

Daha öncə bu qrupda Türkiyə - Serbiya oyunu keçirilib. Görüş türkiyəli voleybolçular 3:1 hesablı (25:15, 21:25, 25:20, 25:18) qələbəsi ilə nəticələnib.

Saat 22:00-da isə qrupda ilk turun son qarşılaşmasında Polşa və Fransa milliləri qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi