Azərbaycanın kişilərdən ibarət voleybol yığması ilk oyunda Finlandiya yığmasına məğlub olub

Azərbaycanın kişilərdən ibarət voleybol yığması ilk oyunda Finlandiya yığmasına məğlub olub A qrupunda yer alan təşkilatçı ölkə millisi birinci turda Finlandiya yığması ilə üz-üzə gəlib
Avropa Oyunları
14 İyun , 2015 23:21
Azərbaycanın kişilərdən ibarət voleybol yığması ilk oyunda Finlandiya yığmasına məğlub olub

Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında çıxış edən Azərbaycanın kişi voleybolçulardan ibarət yığma komandasının qrup mərhələsində ilk görüşünü keçirib.

"Report" xəbər verir ki, A qrupunda yer alan təşkilatçı ölkə millisi birinci turda Finlandiya yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Finlandiya yığmasının çətin qələbəsi ilə başa çatıb - 3:2 (25:22, 25:21, 18:25, 18:25, 13:15). 

Daha öncə bu qrupda Türkiyə - Serbiya oyunu keçirilib. Görüş türkiyəli voleybolçular 3:1 hesablı (25:15, 21:25, 25:20, 25:18) qələbəsi ilə nəticələnib.

Son xəbərlər

Orphus sistemi