​Azərbaycanın iki karateçisi "Bakı 2015"də mübarizəni dayandırıb

​Azərbaycanın iki karateçisi "Bakı 2015"də mübarizəni dayandırıb İdmançılardan biri kişi, digəri isə qadındır
Avropa Oyunları
14 İyun , 2015 12:01
​Azərbaycanın iki karateçisi Bakı 2015də mübarizəni dayandırıb

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycanın 2 karateçisi "Bakı 2015" I Avropa Oyunlarında mübarizəni dayandırıb. "Report"un məlumatına görə, karatenin kata növü üzrə yarışda kişilərdən Tural Balcanlı növbəti mərhələyə vəsiqə qazana bilməyib.

T.Balcanlı ilk yarışda türkiyəli atlet Mehmet Yakana 0:5 hesabı ilə məğlub olub. İkinci yarışda fransalı Min Dak Azərbaycan idmançısına 5:0 hesabı ilə qalib gəlib. Azərbaycan təmsilçisi seçmə mərhələdəki sonuncu görüşünü rumıniyalı Adrian Qutaya qarşı keçirib və 5:0 hesabı ilə qalib gəlib. Ancaq bu qələbə T.Balcanlının yarımfinala yüksəlməsinə kifayət etməyib və o, qrupu 3-cü yerdə tamamlayıb.

Azərbaycanın qadın idmançısı Adilə Qurbanova isə ilk görüşündə almaniyalı Jasmin Bleula 0:5 hesabı ilə uduzub. İkinci yarışında türkiyəli atlet Dilarə Bozana 5:0 hesabı ilə məğlub olan karateçimiz sonuncu görüşündə xorvatiyalı Vlatka Kiukə də eyni hesabla uduzaraq qrupda sonuncu yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi