Yuxarı

​Azərbaycanın iki idmançısı yarımfinala yüksəlib

Kişilərin yarışında Mirnazim Cavadov, qadınlardan isə İnna Osipenko-Radomskaya buna nail olub

Bakı. 15 iyun. REPORT.AZ/ Azərbaycanı kayak və kanoe üzrə I Avropa Oyunlarında təmsil edən iki idmançı yarımfinala vəsiqə qazanıb. "Report"un məlumatına görə, bunlar kişilərin yarışında Mirnazim Cavadov, qadınlardan isə İnna Osipenko-Radomskayadır.

M.Cavadov 200 metr məsafəyə təkbətək yarışı 36.298 saniyəyə başa vurub. İ.Osipenko-Radomskaya isə qadınlar arasında eyni məsafəni 41.968 saniyəyə qət edib.

Cavadov bu gün saat 16:45-də, Osipenko-Radomskaya isə 16:00-da final üçün mübarizə aparacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi