​Azərbaycanın idman gimnastikası komandası "Bakı 2015"də üçüncü yeri tutub

​Azərbaycanın idman gimnastikası komandası "Bakı 2015"də üçüncü yeri tutub Kürsünün birinci pilləsinə Rusiya yüksəlib
Avropa Oyunları
15 İyun , 2015 21:08
​Azərbaycanın idman gimnastikası komandası Bakı 2015də üçüncü yeri tutub

Bakı. 15 İyun. REPORT.AZ/ Azərbaycanın idman gimnasikası üzrə kişilərdən ibarət komandası "Bakı 2015" I Avropa Oyunlarında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, Petro Paxnyuk, Oleq Stepko və Eldar Səfərovdan ibarət trio 6 hərəkətin cəmində 174,195 xal toplayıb.

Bu nəticə ilə təşkilatçı ölkə komandası 26 iştirakçı arasında 3-cü olub. Rusiya 178,963 xalla qızıl, Ukrayna 177,429 xalla gümüş medala sahib olub.

Son xəbərlər

Orphus sistemi