Azərbaycan cüdoçuları "Minsk 2019"u 1 gümüş, 4 bürünc medalla başa vurub - FOTO - YENİLƏNİB-3

Azərbaycan cüdoçuları "Minsk 2019"u 1 gümüş, 4 bürünc medalla başa vurub - FOTO - YENİLƏNİB-3 Azərbaycan cüdoçuları Minsk 2019 II Avropa Oyunlarında fərdi yarışda çıxışlarını başa vurublar.
Avropa Oyunları
24 İyun , 2019 20:32
Azərbaycan cüdoçuları Minsk 2019u 1 gümüş, 4 bürünc medalla başa vurub - FOTO - YENİLƏNİB-3
Report

Azərbaycan cüdoçuları "Minsk 2019" II Avropa Oyunlarında fərdi yarışda çıxışlarını başa vurublar. 

"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, sonuncu medal ümidi Uşangi Kokauri 3-cü yer uğrunda görüşdə avstriyalı Ştefan Heygiyə ipponla uduzub. 

Beləliklə, cüdoçular "Minsk 2019"u 1 gümüş, 4 bürünc medalla başa vurublar. Ümumilikdə, Azərbaycanın aktivində 11 medal - 4 "gümüş", 7 "bürünc" var.


*** 19:42

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarıda bürünc medal uğrunda görüşə çıxıb.

"Report"un məlumatına görə, 78 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı həlledici dueldə ukraynalı Qalyana Tarasova ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən Kindzerska bürünc medal qazanıb.

Qeyd edək ki, Azərbaycan cüdoçularından Rüstəm Orucov (73 kq) gümüş, Məmmədəli Mehdiyev (90 kq), Hidayət Heydərov (73 kq), və Elmar Qasımov (100 kq) bürünc medala sahib olub.

Bu, Azərbaycanın Oyunlarda 11-ci medalı olub. Medallardan 5-ni - 1 gümüş, 4 bürüncü cüdoçular əldə ediblər.


*** 19:06

Azərbaycanın daha bir cüdoçusu Belarusun paytaxı Minskdə keçirilən II Avropa Oyunlarında medal qazanıb.

"Report" xəbər verir ki, Elmar Qasımov üçüncü yer uğrunda görüşdə Xorvatiya təmsilçisi Zlatko Kumriçlə üz-üzə gəlib. 100 kq çəki dərəcəsində yarışan idmançı rəqibini ipponla məyus edib.

Qeyd edək ki, cüdoçuların mübarizəsində daha öncə Rüstəm Orucov (73 kq) gümüş, Məmmədəli Mehdiyev (90 kq) və Hidayət Heydərov (73 kq) bürünc medala sahib olub.


***18:07

Azərbaycanın daha bir cüdoçusu Belarusun paytaxı Minskdə keçirilən II Avropa Oyunlarında medal qazanıb.

"Report"un məlumatına görə, Məmmədəli Mehdiyev (90 kq) bürünc medal uğrunda görüşdə Hollandiyalı Vant end Noeli məğlub edib.

Qeyd edək ki, cüdoçulardan daha öncə Rüstəm Orucov gümüş, Hidayət Heydərov (hər ikisi 73 kq) isə bürünc medala sahib olub. 

Son xəbərlər

Orphus sistemi