​Azərbaycanın daha bir avarçəkəni I Avropa Oyunlarının yarımfinalına vəsiqə qazanıb

​Azərbaycanın daha bir avarçəkəni I Avropa Oyunlarının yarımfinalına vəsiqə qazanıb Qadın avarçəkən məsafəni 1 dəqiqə 51.221 saniyəyə başa vurub
Avropa Oyunları
14 İyun , 2015 13:18
​Azərbaycanın daha bir avarçəkəni I Avropa Oyunlarının yarımfinalına vəsiqə qazanıb

Bakı. 14 iyun. REPORT.AZ/ I Avropa Oyunlarında kayak və kanoe növləri üzrə mübarizədə daha bir avarçəkənimiz yarımfinala yüksəlib. "Report"un məlumatına görə, bu, İnna Osipenko-Rodomskayadır.

O, siyahının ikinci pilləsində qərarlaşıb. İ.Osipenko-Rodomskaya təkbətək yarışda 500 metr məsafəni 1 dəqiqə 51.221 saniyəyə başa vurub.

Qeyd edək ki, İnna Osipenko-Rodomskayadan əlavə, Taras Matviyçuk, Sergey Bezuqlıy - Aleksey Kupin dueti də yarımfinala vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi