​Azərbaycanın daha 5 üzgüçüsü "Bakı 2015"də çıxışını başa vurub

​Azərbaycanın daha 5 üzgüçüsü "Bakı 2015"də çıxışını başa vurub Onlardan 3-ü kişi, 2-si isə qadın idmançıdır
Avropa Oyunları
25 İyun , 2015 15:45
​Azərbaycanın daha 5 üzgüçüsü Bakı 2015də çıxışını başa vurub

Bakı. 25 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında iştirak edən Azərbaycanın daha 5 üzgüçüsü yarışlarla vidalaşıb. "Report"un məlumatına görə, fərdi çıxışlarda iştirak edən 2 qadın və 3 kişi üzgüçüdən heç biri növbəti mərhələyə vəsiqə qazanmayıb.

Kişilər arasında 50 metr məsafəyə brass yarışında Anton Yeltyakov və Ayhan Murat iştirak edib. A.Yeltyakov bu məsafəni 29.1 saniyəyə qət edərək siyahıda 19-cu olub. A.Murat isə 34.02 saniyə göstərici ilə 45 iştirakçı arasında sonuncu yeri tutub. 200 metr məsafəyə arxası üstə üzmədə Azərbaycanı təmsil edən Qriqoriy Kalminskiy isə 2 dəqiqə 09.69 saniyə ilə finişə 31-ci yerdə çatıb.

Qadınlar arasında 50 metr məsafəyə arxası üstə üzmədə isə Yuliya Stisyuk qüvvəsini sınayıb. O, 33.05 saniyə ilə 47 iştirakçı arasında 45-ci olub. Zərif cinsin nümayəndələrinin 100 metr məsafəyə kəpənək yarışında Azərbaycan təmsilçisi Alsu Bayramova da uğursuz çıxış edib. O, 1 dəqiqə 06.20 saniyə ilə siyahıda sonuncu olub - 36-cı yer.

Son xəbərlər

Orphus sistemi