Yuxarı

Azərbaycanın çimərlik voleybolu üzrə duetlərindən biri mübarizəni dayandırıb

Hər iki görüş yerli komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb

Bakı. 18 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında çimərlik voleybolu üzrə növbəti oyunlar keçirilir. "Report"un məlumatına görə, artıq Azərbaycanın qadınlardan ibarət komandalarından biri təsnifat mərhələsindəcə mübarizəni dayandırıb. 

Tərkibi Yuliya Kərimova və Raquel Ferreyradan ibarət cütlük Çexiya ilə qarşılaşmadan 0:2 (21:23, 19:21) hesablı məğlubiyyətlə ayrılıb. 

Əvəzində Vivian Cunya - Zinaida Lyubimova dueti Finlandiya təmsilçilərini yenməyi bacarıb - 2:0 (21:19, 21:13). 1/8 finalda bu duet İtaliya ilə üz-üzə gələcək.  

Azərbaycanın kişilərdən ibarət duetlərinə gəldikdə, 2-ci turda H qrupundakı Yaroslav Rudıx - Neylton Santos dueti saat 19:00-da Fransa, A qrupundakı Lionid Qritsay - Bernardo Romano cütlüyü isə saat 20:00-da Norveçlə qarşılaşacaq. İlk turda Rudıx - Santos dueti Çexiyaya 0:2 hesabı ilə uduzub, Qritsay - Romano cütlüyü isə Litva təmsilçilərini üstələyib - 2:0.

*** 12:59

Bakı. 18 iyun. REPORT.AZ/ Bu gün " Bakı 2015" I Avropa Oyunlarında çimərlik voleybolu üzrə qrup mərhələnin oyunları keçirilir. "Report"un məlumatına görə, hazırda Finlandiya və Azərbaycanın qadın voleybolçuları arasında görüş start götürüb.

Finlandiyanı Erika Nistrom və Emilya Nistrom, Azərbaycanı isə Vivian Cunha və Zinayda Lyubimova təmsil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi