​Azərbaycanın çimərlik futbolçuları "Bakı 2015"də qrupun son oyununa çıxacaq

​Azərbaycanın çimərlik futbolçuları "Bakı 2015"də qrupun son oyununa çıxacaq Portuqaliya millisi ilə oyun formal xarakterlidir
Avropa Oyunları
26 İyun , 2015 10:33
​Azərbaycanın çimərlik futbolçuları Bakı 2015də qrupun son oyununa çıxacaq

Bakı. 26 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının çimərlik futbolu yarışında Azərbaycan yığması bu gün A qrupunda son oyununu keçirəcək. "Report"un məlumatına görə, təşkilatçı ölkə millisi Portuqaliya ilə üz-üzə gələcək.

Matç saat 20:30-da start götürəcək. Bunadək saat 17:30-da başlanacaq qrupun digər görüşündə İsveçrə ilə Ukrayna qarşılaşacaq. İlk görüşdə Ukraynaya 1:3, ardından İsveçrəyə 4:7 hesabı ilə məğlub olan Azərbaycan millisinin A qrupunda sonuncu yeri tutacağı dəqiqləşib. Təşklilatçı ölkə yığması yalnız 5-ci yer uğrunda mübarizəni davam etdirə bilər. Bunun üçün Portuqaliya ilə görüşdən çox "pley-off" qarşılaşmalarına köklənmək lazımdır.

Qeyd edək ki, B qrupunun son tur matçlarında saat 16:00-da İtaliya Macarıstanı, saat 19:00-da isə Rusiya İspaniyanı sınağa çəkəcək. 

Son xəbərlər

Orphus sistemi