Yuxarı

​Azərbaycanın bürünc medal qazanan idmançısı: "Çox sevinirəm"

Belə qələbələrin ardı gəlsin, Azərbaycan buna layiqdir

Bakı. 15 iyun. REPORT.AZ/ "Təəssüratlarım çox yaxşıdır. Avropa Oyunlarının açılışından tutmuş bizim yarışdığımız günə qədər hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Belə qələbələrin ardı gəlsin, Azərbaycan buna layiqdir".

Bunu "Report"a "Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında kumite yarışlarında 67 kq çəki dərəcəsində bürünc medal qazanan Niyazi Əliyev təəssüratlarını bölüşərkən deyib.

O, yarışda qızıl medal qazana bilməməsinə çox təəssüfləndiyini bildirib: "Amma bürünc medalla da kifayətlənmək olar. Bu mükafatı kolleksiyama əlavə edəcəyimə görə çox sevinirəm".

N.Əliyev Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarında daha yüksək nəticə göstərəcəyinə inandığını bildirib: "Qarşıdan İslam Həmrəyliyi oyunları gəlir, biz həmin oyunlarda indikindən də yüksək nəticələr gözləyirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi