Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda olub

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda olub Burada görülən işlərdən razılığını bildirən Mehriban Əliyeva tövsiyələrini verib
Avropa Oyunları
17 Dekabr , 2014 17:50
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda olub

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə əlaqədar mədəniyyət abidələrinin hazırlığı ilə tanışlıq məqsədilə dekabrın 17-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda olub. “Report” “AzərTAc”a istinadən xəbər verir ki, Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva qoruqla tanış olub.

Burada görülən işlərdən razılığını bildirən Mehriban Əliyeva tövsiyələrini verib.

İlk Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycanı Avropa bayramı hesab edilən Oyunlar zamanı çoxsaylı qonaqların ziyarət edəcəyi gözlənilir. Bu isə Azərbaycanın, o cümlədən ölkə mədəniyyətinin dünyada daha da yaxşı tanıdılması və təbliği üçün gözəl fürsətdir. Azərbaycanın maddi mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən, UNESCO-nun “Dünya irsinin ilkin siyahısı”na daxil edilən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun özünəməxsus yeri var.

Atəşgah məbədi tarixi əhəmiyyətinə görə ən maraqlı abidələrdən biri sayılır. Atəşgah XVII-XVIII əsrlərdə təbii qazların çıxdığı əbədi, sönməz alovların yerində inşa edilən od məbədidir. İndiki ibadətgah da atəşpərəstlərin - zərdüştlərin qədim məbədlərinin yerində tikilib. Bu məbədlər təqribən II-III əsrlərdə inşa olunub. XVII əsrdə məbədin ətrafında bir-birinin yanında ibadətxana, 26 hücrə və karvansaray inşa edilib.

Son xəbərlər

Orphus sistemi