​Azərbaycanın "Bakı 2015"də 5 medal qazanan gimnastı: "Biz kiçik, lakin inamlı addımlarla irəliləyirik"

​Azərbaycanın "Bakı 2015"də 5 medal qazanan gimnastı: "Biz kiçik, lakin inamlı addımlarla irəliləyirik" "Mən çox sevinirəm ki, Avropa Oyunlarının qalibi oldum"
Avropa Oyunları
21 İyun , 2015 15:31
​Azərbaycanın Bakı 2015də 5 medal qazanan gimnastı: Biz kiçik, lakin inamlı addımlarla irəliləyirik

Bakı. 21 iyun. REPORT.AZ/ "Biz çox məmnunuq ki, ölkəmizin aktivinə 5 medal - həm qızıl, həm də gümüş və bürünc medallar yazdırdıq. Mən bunu çox gözəl nəticə hesab edirəm". "Report"un məlumatına görə, bunu "Bakı 2015" I Avropa Oyunlarında 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan Azərbaycan gimnastı Oleq Stepko jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanda ilk belə səviyyədə olan medaldır: "Biz kiçik, lakin inamlı addımlarla irəliləyirik. Avropa Oyunlarının sayəsində bir çox insanlar, uşaqlar ölkəmizdə daha çox maraq doğuran güləş, cüdo, karate idman növləri ilə yox, həmçinin idman gimnastikası ilə maraqlanacaqlar. İdman gimnastikası da digər idman növləri kimi nəticə verir, gəlin bu idman növünü daha da populyarlaşdıraq, ona marağı artıraq. Federasiyanın prezidenti Mehriban xanıma bizə göstərdiyi dəstək və yardıma görə xüsusilə təşəkkür edirik və çalışırıq ki, onun və digər azarkeşlərin ümidlərini doğruldaq".

Oleq Stepko "Siz idman gimnastikasının hansı növünə daha çox üstünlük verirsiniz?" sualını isə belə cavablandırıb: "Bu, ilk öncə idman gimnastikasının paralel qollar üzrə növüdür. Mən çox sevinirəm ki, bu növdə Avropa Oyunlarının qalibi oldum. Hesab edirəm ki, bu yarışlar Avropa çempionatına bərabərdir. Bura Avropanın ən güclü idmançıları, Avropa və dünya çempionları, həmçinin Olimpiya mükafatçıları gəlib. Düzü, məndə kiçik problem var idi, lakin məşqçinin və digərlərinin köməyi sayəsində biz problemin öhdəsindən gəldik və belə nəticə qazandıq". 

Son xəbərlər

Orphus sistemi