Yuxarı

​Azərbaycanın 4 qadın güləşçisi qızıl medal üçün yarışacaq

Mübarizə 53 kq, 58 kq, 63 kq və 75 kq çəkilərdə olacaq

Bakı. 16 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında qadın güləşi üzrə yarışda Azərbaycanın 4 pəhləvanı çıxış edəcək. "Report"un məlumatına görə, mübarizə 53 kq, 58 kq, 63 kq və 75 kq çəkilərdə olacaq.

İlk olaraq Anjela Doroqan türkiyəli Merve Kengerlə üz-üzə gələcək. Yarışa saat 10:49-da start veriləcək. 25 dəqiqə sonra isə Azərbaycanın digər təmsilçisi İrina Netreba döşək üzərinə çıxacaq. 58 kq çəkidə qadın pəhləvan italiyalı Karola Rayneronu yenməyə çalışacaq. Saat 10:28-də start götürəcək yarışda isə 63 kq-da Elmira Qəmbərova isveçli Henna Cohanssonla münasibətlərinə aydınlıq gətirəcək. 75 kq çəki dərəcəsində Gözəl Zutova döşək üzərinə çıxacaq. Saat 10:56-da start götürəcək yarışda Zutovanın rəqibi ukraynalı Oksana Vaşçuk olacaq.

Qeyd edək ki, güləş yarışları Heydər Əliyev adına İdman Arenasında keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi