​Azərbaycanın 2 taekvondoçusu "Bakı 2015"-də mübarizəyə qoşulur - CANLI YAYIM

​Azərbaycanın 2 taekvondoçusu "Bakı 2015"-də mübarizəyə qoşulur - CANLI YAYIM İlk yarış günündə 2 çəkidə görüşlər keçiriləcək
Avropa Oyunları
16 İyun , 2015 09:15
​Azərbaycanın 2 taekvondoçusu Bakı 2015-də mübarizəyə qoşulur - CANLI YAYIM

Bakı. 16 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında taekvondo üzrə yarışlar başlayıb. "Report"un məlumatına görə, idmançılar ilk yarış günündə 2 çəki dərəcəsində mübarizə aparacaqlar.

49 kq çəki dərəcəsində qadınlar, 58 kq-da isə kişi idmançılar medallar uğrunda mübarizə aparacaqlar. Azərbaycanı 49 kq-da Patimat Abakarova təmsil edir. Onun ilk rəqibi rusiyalı Aleksandra Luçaqinadır. Mübarizə 10:30-da start götürəcək. 

58 kq çəkidə isə Məhəmməd Məmmədov İsrail təmsilçisi Gili Haimovitsi yenməyə çalışacaq.

Qeyd edək ki, taekvondo üzrə yarışlar 4 gün davam edəcək və 8 medal dəsti veriləcək.

Son xəbərlər

Orphus sistemi