Azərbaycanın ​100-ə yaxın idmançısı Atletlər Kəndinə yerləşdirilib

Azərbaycanın ​100-ə yaxın idmançısı Atletlər Kəndinə yerləşdirilib Bu barədə Könül Nurullayeva məlumat verib
Avropa Oyunları
9 İyun , 2015 14:54
Azərbaycanın ​100-ə yaxın idmançısı Atletlər Kəndinə yerləşdirilib

Bakı. 9 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının 100-ə yaxını Atletlər Kəndinə yerləşdirilib. Bu barədə "Report"a Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva məlumat verib.

O bildirib ki, voleybol, stolüstü tennis, su polosu, sinxron üzgüçülk və karate növündə çıxış edəcək idmançılar artıq kəndə yerləşiblər. K.Nurullayevanın sözlərinə görə, ilk olaraq bu növlərdə çıxış edəcək idmançıların kənddə yerləşdirilməsinə səbəb onların təmsil etdiyi idman yarışlarının daha erkən başlamasıdır.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında 20 idman növü üzrə 6 000-dən artıq idmançı yarışacaq. Oyunlar 12-28 iyunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi