Azərbaycanı I Avropa Oyunlarında təmsil edən kanoeçi gümüş medala sahib olub

Azərbaycanı I Avropa Oyunlarında təmsil edən kanoeçi gümüş medala sahib olub O, qızıl medal qazanan litvalı Henrikas Juştautasdan cəmi 0,078 saniyə geri qalıb
Avropa Oyunları
16 İyun , 2015 16:16
Azərbaycanı I Avropa Oyunlarında təmsil edən kanoeçi gümüş medala sahib olub

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanı I Avropa Oyunlarında təmsil edən kanoeçi Valentin Demyanenko 200 metr məsafəyə final yürüşünə qatılıb. "Report"un məlumatına görə, 32 yaşlı idmançı 1 nəfərlik qayıqla yürüşdə finişə 40,142 saniyəyə çataraq, gümüş medala sahib olub.

O, qızıl medal qazanan litvalı Henrikas Juştautasdan cəmi 0,078 saniyə geri qalıb. Bürünc medalı isə 40,188 saniyə nəticə ilə çexiyalı Martin Fuksa qazanıb.

Son xəbərlər

Orphus sistemi