MOK-un baş katibi Azərbaycana qarşı qarayaxma kampaniyası aparılmasına münasibət bildirib

MOK-un baş katibi Azərbaycana qarşı qarayaxma kampaniyası aparılmasına münasibət bildirib "Onların yeri xəstəxanadır"
Avropa Oyunları
23 İyun , 2015 15:23
MOK-un baş katibi Azərbaycana qarşı qarayaxma kampaniyası aparılmasına münasibət bildirib

Bakı. 23 iyun. REPORT.AZ/ "Biri var ağıllı düşmən, biri də var ağılsız düşmən. Ağılsız düşmən ən təhlükəlidir".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) baş katibi, Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı qarayaxma kampaniyasını şərh edərkən deyib.

"Onlardan bəziləri anlayıblar ki, Avropa Oyunları kimi idman yarışları keçirən ölkəyə qarşı qarayaxma kampaniyası düzgün deyil və bu səbəbdən də sakitləşdilər. Bu gün qarayaxma kampaniyasını davam etdirənlər isə dəlidirlər. Mən onlara cavab vermək də istəmirəm. Onların yeri psixiatrik xəstəxanadır", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi