Azərbaycan voleybol yığması Türkiyəyə uduzaraq, finala yüksələ bilməyib - YENİLƏNİB

Azərbaycan voleybol yığması Türkiyəyə uduzaraq, finala yüksələ bilməyib - YENİLƏNİB Qalib komanda finalda Polşa ilə, Azərbaycan millisi isə 3-cü yer uğrunda oyunda Serbiya ilə görüşəcək
Avropa Oyunları
25 İyun , 2015 22:42
Azərbaycan voleybol yığması Türkiyəyə uduzaraq, finala yüksələ bilməyib - YENİLƏNİB

Bakı. 25 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları çərçivəsində Azərbaycan və Türkiyənin qadın voleybolçulardan ibarət yığmaları arasındakı yarımfinal görüşü başa çatıb. "Report"un məlumatına görə, "tay-breyk"də 15:11 hesablı üstünlüyə nail olan qonaq komanda 3:2 hesablı qələbə sayəsində finala yüksəlib. 

Həlledici görüşdə Türkiyə Polşa ilə qarşılaşacaq. Azərbaycan millisi isə 3-cü yer uğrunda oyunda Serbiya ilə üz-üzə gələcək. Hər iki oyun iyunun 27-də keçiriləcək. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri yarımfinal oyununu izləyiblər.

*** 22:20

"Bakı 2015" I Avropa Oyunları çərçivəsində Azərbaycan və Türkiyənin qadın voleybolçulardan ibarət yığmaları arasındakı yarımfinal görüşündə dördüncü set yekunlaşıb. "Report"un məlumatına görə, meydan sahibləri 25:23 hesablı üstünlüklə yenidən setlərdə bərabərlik yaradıb - 2:2.

*** 21:52

"Bakı 2015" I Avropa Oyunları çərçivəsində Azərbaycan və Türkiyənin qadın voleybolçulardan ibarət yığmaları arasındakı yarımfinal görüşündə üçüncü set yekunlaşıb. "Report"un məlumatına görə, qonaq komanda 25:19 hesablı üstünlüklə yenidən set fərqində önə çıxıb - 2:1.

*** 21:18

"Bakı 2015" I Avropa Oyunları çərçivəsində Azərbaycan və Türkiyənin qadın voleybolçulardan ibarət yığmaları arasındakı yarımfinal görüşündə ikinci set yekunlaşıb. "Report"un məlumatına görə, meydan sahibləri 25:23 hesablı üstünlüklə setlərdə bərabərlik yaradıb - 1:1.  

*** 20:48

"Bakı 2015" I Avropa Oyunları çərçivəsində Azərbaycan və Türkiyə yığmaları arasında voleybol matçında ilk set yekunlaşıb. "Report"un məlumatına görə, “Baku Crystall Hall”da baş tutan qarşılaşmada ilk set türkiyəli voleybolçuların 25:21 hesablı üstünlüyü ilə başa çatıb. - 1:0.

*** 20:37

“Baku Crystal Hall”da Azərbaycanın və Türkiyənin qadın voleybolçularının finala vəsiqə qazanmaq uğrunda mübarizəsi başlayıb. "Report"un məlumatına görə, qalib komanda finalda Polşa ilə qarşılaşacaq.

*** 19:36

"Bakı 2015" I Avropa Oyunlarında mübarizə aparan Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası bu gün yarımfinal matçına çıxacaq. "Report"un məlumatına görə, rəqib Türkiyə millisi olacaq.

Bu komandalar qrup mərhələsində də üz-üzə gəlib. Həmin vaxt Türkiyə 3:0 hesablı qələbə sayəsində qrup lideri kimi növbəti mərhələyə yüksəlib. İndi isə finala vəsiqə uğrunda daha gərgin mübarizənin gedəcəyi gözlənilir.

Qeyd edək ki, qalib komanda finalda Polşa ilə qarşılaşacaq. Polşa digər yarımfinal matçında Serbiyanı məğlubiyyətə uğradıb - 3:2 (25:23, 20:25, 25:19, 22:25, 15:12. Bürünc medal və final görüşləri iyunun 27-də keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi