Azərbaycanın bütün üzgüçüləri "Bakı 2015"də çıxışlarını başa vurub - YENİLƏNİB

Azərbaycanın bütün üzgüçüləri "Bakı 2015"də çıxışlarını başa vurub - YENİLƏNİB Azərbaycanı fərdi və komanda yarışlarındakı 5 təmsilçisinin hamısı seçmə mərhələdəcə uğursuzluqla üzləşib
Avropa Oyunları
27 İyun , 2015 11:44
Azərbaycanın bütün üzgüçüləri Bakı 2015də çıxışlarını başa vurub - YENİLƏNİB

Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycanın bütün üzgüçüləri "Bakı 2015" I Avropa Oyunlarında çıxışlarını başa vurub. "Report"un məlumatına görə, bu növ üzrə son yarış günündə Azərbaycanın 5 idmançısının hamısı ilkin mərhələdəcə uğursuzluqla üzləşib.

Kişilər arasında 50 metr məsafəyə sərbəst üzmədə Dorian Fazekas çıxış edib. O, 24.85 saniyə nəticə ilə 60 idmançı arasında 53-cü olub. Qadınlar arasında 50 metr məsafəyə kəpənək yarışında Anna Mançenkova 30.98 saniyə göstərici ilə 50 idmanı arasında 49-cu olub.

Kişilər arasında 4x100 metr məsafəyə ötürmələrlə yarışda mübarizə aparan Qriqori Kalminski, İvan Andrianov, Anton Jeltyakov və Dorian Fazekasdan ibarət komanda finişə 15-ci çatıb.

Nəticədə nə fərdi, nə də komanda yarışında Azərbaycan üzgüçüləri final mərhələsinə yüksələ bilib.

*** 09:29

Bu gün " Bakı 2015" I Avropa Oyunlarında üzgüçülük yarışlarına yekun vurulacaq. "Report"un məlumatına görə, son yarış günündə Azərbaycanı 5 üzgüçü təmsil edəcək.

Onlardan 2-si fərdi, 4-ü isə komanda yarışında çıxış edəcək. Kişilərin arasında 50 metr məsafəyə sərbəst üzmədə Dorian Fazekas mübarizə aparacaq. Qadınların 50 metr məsafəyə kəpənək yarışında Anna Maçenkova çıxış edəcək.

Kişilər arasında 4x100 metr məsafəyə ötürmələrlə yarışda Azərbaycan komandasının heyətində Qriqori Kalminski, İvan Andrianov, Anton Jeltyakov və Dorian Fazekas yarışa qoşulacaq.

Son xəbərlər

Orphus sistemi