Azərbaycanın sərbəst güləş yığması Avropa Oyunlarına Göygöldə hazırlaşır

Azərbaycanın sərbəst güləş yığması Avropa Oyunlarına Göygöldə hazırlaşır Toplanışa 30-dək güləşçi qatılıb
Avropa Oyunları
29 Aprel , 2015 09:54
Azərbaycanın sərbəst güləş yığması Avropa Oyunlarına Göygöldə hazırlaşır

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycanın sərbəst güləş üzrə yığma komandası "Bakı 2015" I Avropa Oyunlarına hazırlığı Göygöl Olimpiya İdman Kompleksində davam etdirir. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında keçirilən toplanışa böyüklərdən və gənclərdən ibarət yığmanın 30-dək üzvü qatılıb.

Hazırlıq prosesi mayın 6-dək davam edəcək.

Qeyd edək ki, I Avropa Oyunlarında sərbəst, yunan-Roma və qadın güləşi üzrə yarışlar 13 - 18 iyunda Heydər Əliyev adına İdman Sarayında baş tutacaq. Yarışlarda ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi