​Azərbaycan qılıncoynadanları komanda yarışlarını medalsız başa vurub - YENİLƏNİB

​Azərbaycan qılıncoynadanları komanda yarışlarını medalsız başa vurub - YENİLƏNİB Qadın şpaqaçılar 5-ci, kişi sablyaçılar 6-cı yeri tutub
Avropa Oyunları
27 İyun , 2015 12:29
​Azərbaycan qılıncoynadanları komanda yarışlarını medalsız başa vurub - YENİLƏNİB

Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycan qılıncoynadanları "Bakı 2015" I Avropa Oyunlarında çıxışlarını başa vurub. "Report"un məlumatına görə, qadınlar arasında şpaqa növü üzrə komanda yarışında Azərbaycan 5-ci yerə sahib çıxıb.

1/4 finalda Ukraynaya 24:45 hesabı ilə məğlub olan yerli qılıncoynadanlar 5-ci pillə uğrunda mübarizədə Polşadan üstün olub - 45:41.

Kişilər arasında sablya növü üzrə komanda yarışında Azərbaycan qılıncoynadanları 1/4 finalda Rusiya ilə qarşılaşıb. Görüşü 26:45 hesabı ilə məğlub başa vuran təşkilatçı ölkə təmsilçiləri 5-ci yer uğrunda mübarizədə Macarıstan qılıncoynadanları ilə yarışıb. Yerli komanda buradan da məğlub ayrılaraq Oyunları 6-cı yerdə tamamlayıb - 37:45.

Qeyd edək ki, fərdi sablya növündə Azərbaycan təmsilçilərindən Sevil Bünyatova gümüş, Sevinc Bünyatova bürünc medal qazanıb.

*** 08:58

"Bakı 2015" I Avropa Oyunlarında qılıncoynatma üzrə komanda yarışları davam edir. "Report"un məlumatına görə, bu gün sablya və şpaqa növləri üzrə 1/4 final görüşləri keçiriləcək.

Azərbaycanın kişilərdən ibarət sablya komandası Rusiya ilə qarşılaşacaq. Komandanın heyətində Vəkil Nəsibov, Kənan Əliyev, Mehrab Həsənov və Nəcəf Məhərrəmov yer alıb. Qalib olan tərəf finala çıxmaq üçün İsveçrə ilə görüşməli olacaq.

Qadınların arasında şpaqa yarışında isə Azərbaycan qılıncoynadanlarının rəqibi Ukraynadır. Yarımfinala vəsiqə qazanan ölkə bu mərhələdə Rusiya ilə üz-üzə gələcək. Azərbaycanın qadın komandasında Sevil və Sevinc Bünyatova bacıları, Fatma İbrahimova və Sabina Mikina çıxış edir.

Yarışlar saat 09:00-dan start götürəcək.

Son xəbərlər

Orphus sistemi