Yuxarı

​Azərbaycan Prezidenti Toğrul Əsgərova qızıl medalı təqdim edib

Güləşçimiz finalda italiyalı Frank Markes Çamizonun kürəyini yerə vuraraq təmiz qələbə qazanmaqla qızıl medala sahib olub

Bakı. 17 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında 65 kq çəki dərəsində qızıl medal qazanan Toğrul Əsgərov mükafatlandırılıb. "Report"un məlumatına görə, sərbəst güləşçimizə qızıl medalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib.

Qeyd edək ki, T.Əsgərov final görüşünün birinci hissəsində italiyalı Frank Markes Çamizonun kürəyini yerə vuraraq təmiz qələbə qazanmaqla qızıl medala sahib olub. 

FOTO: Orxan Əzim

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi