​Azərbaycan Prezidenti: “İlk Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir”

​Azərbaycan Prezidenti: “İlk Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir” Dövlət başçısı bir sıra idman obyektlərinin istifadəyə hazır olduğunu bildirib
Avropa Oyunları
10 Aprel , 2015 14:28
​Azərbaycan Prezidenti: “İlk Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir”

Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev özünün sədrliyi keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində ilk Avropa Oyunlarına hazırlıqdan da danışıb.

“Report”un xəbərinə görə, dövlət başçısı I Avropa Oyunlarına hazırlığı yüksək səviyyədə getdiyini, artıq bir sıra idman obyektlərinin istifadəyə hazır olduğunu, Atletlər Kəndi ilə yanaşı, Media Kəndinin də yaradıldığını bildirib. Paralel olaraq paytaxtda abadlıq-quruculuq işlərinin davam etdirildiyini, yeni bulvar xəttinin salındığını diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi