Yuxarı

Prezident İlham Əliyev Paralimpiyaçı cüdoçu İlham Zəkiyevə qızıl medalı təqdim edib

İlham Zəkiyevə qızıl medalı ölkə prezidenti təqdim edib

Bakı. 26 İyun. REPORT.AZ/ Prezident İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında gözdən əlil kişi cüdoçuların 90 kq-dan artıq çəkidəki yarışında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib. "Report" xəbərinə görə, bu çəki dərəcəsində paralimpiyaçımız İlham Zəkiyev hamıdan güclü olub.

İki dəfə Paralimpiya Oyunları çempionu, iki dəfə dünya çempionu, beş dəfə Avropa çempionu İ.Zəkiyev finalda ukraynalı Oleksandr Pominovu məğlub edərək Avropa Oyunlarının qızıl medalına sahib olub.

İlk Avropa Oyunlarının çempionu İlham Zəkiyevin şərəfinə Azərbaycanın dövlət himni səsləndi, dövlət bayrağı ucaldıldı.

Bundan əvvəl bu çəki dərəcəsində tatamiyə çıxan digər paracüdoçumuz Zakir Müslümov 3-cü yer üçün Zəkiyevin məğlub etdiyi Papaçristosu sınağa çəkib. Müslümov döyüşünü ipponla bitirib və bürünc medal qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi