MOK I Avropa Oyunlarında yüksək nəticə göstərəcək Azərbaycan idmançılarına və onların məşqçilərinə mükafatlar verəcək - SİYAHI

MOK I Avropa Oyunlarında yüksək nəticə göstərəcək Azərbaycan idmançılarına və onların məşqçilərinə mükafatlar verəcək - SİYAHI Birinci yeri tutmuş hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat veriləcək
Avropa Oyunları
9 İyun , 2015 09:32
MOK I Avropa Oyunlarında yüksək nəticə göstərəcək Azərbaycan idmançılarına və onların məşqçilərinə mükafatlar verəcək - SİYAHI

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan Milli Olimpiya Komitəsinin I Avropa Oyunlarında yüksək nəticə göstərəcək Azərbaycan idmançılarına və onların məşqçilərinə verəcəyi mükafatların məbləği açıqlanıb. "Report" xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.  

Sərəncamda deyilir: "Azərbaycan Respublikası idmançılarını və onların məşqçilərini Bakı şəhərində keçirilən I Avropa Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə qərara alıram:

1. I Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

- birinci yeri tutmuş hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

- ikinci yeri tutmuş hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;

- üçüncü yeri tutmuş hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.

2. Komanda idman növlərində göstərilmiş ən yüksək nəticələrə görə mükafatlar aşağıdakı qaydada müəyyən edilsin:

- birinci yeri tutmuş komandanın hər bir üzvünə 15 min manat;

- ikinci yeri tutmuş komandanın hər bir üzvünə 10 min manat;

- üçüncü yeri tutmuş komandanın hər bir üzvünə 5 min manat".

Son xəbərlər

Orphus sistemi