Azərbaycan atletika yarışlarını 5-ci pillədə başa vurub - YENİLƏNİB

Azərbaycan atletika yarışlarını 5-ci pillədə başa vurub - YENİLƏNİB Qızıl medala 458.5 xalla Slovakiya atletləri sahib çıxıb. İkinci pillədə Avstriya qərarlaşıb - 458 xal. İlk üçlüyü isə 439 xalla İsrail qapayır
Avropa Oyunları
22 İyun , 2015 21:20
Azərbaycan atletika yarışlarını 5-ci pillədə başa vurub - YENİLƏNİB

Bakı. 22 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında atletika yarışına yekun vurulub. "Report"un məlumatına görə, Azərbaycanın atletlər komandası 387 xalla 5-ci pillədə qərarlaşıb.

Nəticədə komanda medalçılar sırasına düşə bilməyib.

Qızıl medala 458.5 xalla Slovakiya atletləri sahib çıxıb. İkinci pillədə Avstriya qərarlaşıb - 458 xal. İlk üçlüyü isə 439 xalla İsrail qapayır.

*** 19:49

Bu gün "Bakı 2015" I Avropa Oyunlarında atletika yarışlarına yekun vurulacaq. "Report"un məlumatına görə, Azərbaycan atletlərindən ibarət komanda hazırda siyahının 5-ci pilləsindədir.

Kişilər arasında 800 metr məsafəyə qaçışda Hakim İbrahimov 1 dəqiqə 53.41 saniyə ilə siyahıda 8-ci olub. O, komandanın aktivinə 7 xal yazdırıb. Kişilər arasında 110 metr məsafəyə sədli qaçışda Rahib Məmmədov 14.22 saniyə ilə 13 xal qazanıb. 3000 metr məsafəyə maneəli qaçışda iştirak edən Asəf Mehdiyev uğurlu çıxış edə bilməyib. O, məsafəni 9 dəqiqə 46.39 saniyəyə qət etməklə 6 xalla kifayətlənməli olub.

Bundan başqa, Vadim Ryabixn kişilər arasında 200 metr məsafəyə qaçışda 5-ci (10 xal), İsmayıl Əliyev isə kişilər arasında disk atmada 45.61 metr göstərici ilə 6 xal qazana bilib.

Qadınlar arasında uzunluğa tullanmada yarışan Yekaterina Sarıyeva 5.69 metr göstərici ilə siyahıda 5-ci olub və komandaya 10 xal qazandırıb. Qadınlar arasında çəkic atmada isə Hanna Skidan ikinci olub. O, 68.32 metr göstərici ilə 13 xal əldə edib.

Qadınlar arasında 200 metr məsafəyə qaçışda Valeriya Balyanina 8 xal, qadınlar arasında 100 metr sədli qaçışda isə Yekaterina Sokolova 14.42 saniyə ilə komandaya 9 xal gətirib.

FOTOLAR: Orxan Əzim, İsmayıl Nur

Son xəbərlər

Orphus sistemi