Azərbaycan klublarının Avropa Liqasındakı ilk oyunlarına bütün təyinatlar açıqlanıb

Azərbaycan klublarının Avropa Liqasındakı ilk oyunlarına bütün təyinatlar açıqlanıb "İnter", "Neftçi" və "Qəbələ"nin görüşləri İspaniya, Türkiyə və İsraildən olan hakimlərə tapşırılıb
Avropa Oyunları
29 İyun , 2015 10:37
Azərbaycan klublarının Avropa Liqasındakı ilk oyunlarına bütün təyinatlar açıqlanıb

Bakı. 29 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında mübarizə aparacaq Azərbaycan klublarının I təsnifat mərhələsindəki ilk oyunlarına bütün təyinatlar açıqlanıb. "Report"un əldə etdiyi məlumata görə, iyulun 2-də "İnter", "Neftçi" və "Qəbələ" komandalarının iştirakı ilə baş tutacaq qarşılaşmalara müvafiq olaraq, İspaniya, Türkiyə və İsraildən olan hakimlər briqadası təyinat alıb.

20:30. "Laçi" (Albaniya) - "İnter" (Bakı, Azərbaycan)

Baş hakim: Karlos Del Serro Qrande (İspaniya)

Yan xətt hakimləri: Xuan Yuste Ximenes, Abraham Alvarez Kanton (İspaniya)

Dördüncü hakim: İnyaki Vikandi Qarrido (İspaniya)

Hakim-inspektor: Uno Tutk (İspaniya)

UEFA nümayəndəsi: Mixail Anaqnostu (Yunanıstan)

21:00. "Neftçi" (Azərbaycan) - "Mladost" (Podqoritsa, Çernoqoriya)

Baş hakim: Ali Palabıyık (Türkiyə)

Yan xətt hakimləri: Çem Satman,Ceyhun Sesigüzel (Türkiyə)

Dördüncü hakim: Hakan Ceylan (Türkiyə)

Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)

UEFA nümayəndəsi: Gennadi Skurtul (Moldova)

21:00. "Dinamo" (Tbilisi, Gürcüstan) - "Qəbələ" (Azərbaycan)

Baş hakim: Roy Raynşreyber (İsrail)

Yan xətt hakimləri: David Elias Biton, İdan Yarkoni (İsrail)

Dördüncü hakim: Zvi Levi (İsrail)

Hakim-inspektor: Siril Zimmermann (İsveçrə)

UEFA nümayəndəsi: George Fantaros (Kipr)

Son xəbərlər

Orphus sistemi