Azərbaycan kayakçısı Avropa Oyunlarının finalına vəsiqə qazanıb

Azərbaycan kayakçısı Avropa Oyunlarının finalına vəsiqə qazanıb İnna Osipenko-Radomskaya yarımfinalda finişə 1 dəqiqə 48,028 saniyəyə çataraq ikinci yeri tutub
Avropa Oyunları
14 İyun , 2015 16:33
Azərbaycan kayakçısı Avropa Oyunlarının finalına vəsiqə qazanıb

Bakı. 14 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında yarımfinal yürüşlərinə start verilib. "Report"un məlumatına görə, 1 nəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yürüşdə Azərbaycan təmsilçisi İnna Osipenko-Radomskaya finişə 1 dəqiqə 48,028 saniyəyə çataraq ikinci yeri tutub.

Bu nəticə ilə İ.Osipenko-Radomskaya finala yüksəlib. İyunun 16-da saat 11:06-da başlanacaq həlledici yürüşdə onun rəqibləri portuqaliyalı Tereza Portela, serbiyalı Nikolina Moldovan, belaruslu Volqa Xudzenko, polşalı Evelina Vojnarovska, macarıstanlı Danuta Kozak, böyük britaniyalı Raçel Koutorn, avstriyalı İvonne Şurinq və sloveniyalı Spela Ponomarenko Yaniç olacaq. 

Son xəbərlər

Orphus sistemi