Azərbaycan kayakçısı I Avropa Oyunlarında beşinci yeri tutub

Azərbaycan kayakçısı I Avropa Oyunlarında beşinci yeri tutub Macarıstanlı Danuta Kozak qızıl medal qazanıb
Avropa Oyunları
16 İyun , 2015 11:34
Azərbaycan kayakçısı I Avropa Oyunlarında beşinci yeri tutub

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya 500 metr məsafəyə final yürüşündə mübarizə aparıb. "Report"un məlumatına görə, qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) çıxış edən 33 yaşlı idmançı həlledici yürüşdə 5-ci yeri tutub.

O, məsafənin yarısını bütün rəqiblərindən öndə keçsə də, son bölümdə mövqeyini əldən verib. Nəticədə Osipenko Radomskaya finişə 2 dəqiqə 5,583 saniyəyə çatıb. Macarıstanlı Danuta Kozak (2:03.569) qızıl, avstriyalı İvonne Şurinq (2:04.708) gümüş, polşalı Evelina Vojnarovska (2:05.389) isə bürünc medal qazanıb.

Qeyd edək ki, İnna Osipenko-Radomskaya bu gün saat 15:05-də 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə də final yürüşündə çıxış edəcək.

Azərbaycan kayakçısı Avropa Oyunlarında 5-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi