Yuxarı

​Azərbaycan kanoeçisinin Avropa Oyunlarının finalındakı rəqibləri müəyyənləşib

32 yaşlı idmançı həlledici yürüşə iyunun 16-da saat 15:15-də qatılacaq

Mingəçevir. 15 iyun. REPORT.AZ/ Azərbaycanı I Avropa Oyunlarında təmsil edən kanoeçi Valentin Demyanenkonun finaldakı rəqibləri müəyyənləşib. “Report”un məlumatına görə, 1 nəfərlik qayıqla (C-1) çıxış edən 32 yaşlı idmançı həlledici yürüşə iyunun 16-da saat 15:15-də qatılacaq.

Onun rəqibləri Martin Fuksa (Çexiya), Tomas Simart (Fransa), Andrey Kraytor (Rusiya), Helder Silva (Portuqaliya), Jonahan Hajdu (Macarıstan), Henrikas Zustaukas (Litva), Artsem Kozır (Belarus) və Yuri Çeban (Ukrayna) olacaq.

Qeyd edək ki, Andrey Kraytor 2009 - 2012-ci illərdə Azərbaycan millisində çıxış edib. Kraytor Avropa Oyunlarında yarımfinal yürüşünün qalibi (38,540 saniyə) kimi finala yüksəlib. Valentin Demyanenko isə təsnifat yürüşündəcə 38,978 saniyə nəticə ilə birinci yeri tutaraq birbaşa finala yüksəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi