Azərbaycan II Avropa Oyunlarında dördüncü medalını qazanıb

Azərbaycan II Avropa Oyunlarında dördüncü medalını qazanıb Azərbaycan Minsk 2019 II Avropa Oyunlarında dördüncü medalını qazanıb.
Avropa Oyunları
22 İyun , 2019 19:54
Azərbaycan II Avropa Oyunlarında dördüncü medalını qazanıb

Azərbaycan "Minsk 2019" II Avropa Oyunlarında dördüncü medalını qazanıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, akrobatika növündə qarışıq cütlük Abdulla əl-Məşayxi və Ruhidil Qurbanovadan ibarət duet bürünc medala sahib olub.

Balanslı hərəkətlərdə 28,160 bal toplayan cütlük Artur Belyakov - Volqa Melnik (Belarus) duetindən 0,330 xal, Viktoriya Aksyonova - Kirill Startsev (Rusiya) duetindən isə 0,70 xal geri qalıb.

Daha əvvəl Abdulla əl-Məşayxi - Ruhidil Qurbanova dueti dinamik hərəkətlərdə gümüş medal əldə edib.

Son xəbərlər

Orphus sistemi