​Azərbaycan idmançıları I Avropa Oyunlarında bu gün daha 8 növdə mübarizə aparır

​Azərbaycan idmançıları I Avropa Oyunlarında bu gün daha 8 növdə mübarizə aparır Əsas diqqətlər güləşçilər və karateçilərlə yanaşı, Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının çıxışlarına yönələcək
Avropa Oyunları
13 İyun , 2015 10:21
​Azərbaycan idmançıları I Avropa Oyunlarında bu gün daha 8 növdə mübarizə aparır

Bakı. 13 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycan idmançıları daha 8 növdə mübarizəyə başlayır. "Report"un məlumatına görə, əsas diqqət güləşçilər və karateçilərlə yanaşı, Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının çıxışlarına yönələcək.

Saat 9:30-da stolüstü tennis üzrə Azərbaycan və Fransa təmsilçiləri arasındakı görüş start götürüb. Bu növ üzrə yarış 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına birbaşa lisenziya xarakteri daşıyır. Hərçənd, zəif təsir bağışlayan Azərbaycan millisinin uğurlu nəticə göstərəcəyi real görünmür. 

Saat 10:00-da Yekaterina Valiulinanın da iştirakı ilə sinxron üzgüçülük üzrə solo yarışları başlanıb. Onun 20 rəqibi var.

Saat 10:00-dan etibarən həm də karate üzrə kumite yarışları başlanıb. Qadınlardan Nuranə Əliyeva (50 kq) avstriyalı Bettina Plank, türkiyəli Serap Özçelik və xorvatiyalı Monika Beruleç, saat 10:18-dən İlahə Qasımova (55 kq) lüksemburqlu Cenni Varlinq, türkiyəli Tuba Yakan və xorvatiyalı Yelena Kovaçeviç, saat 12:30-dan başlayaraq, Fəridə Abıyeva (61 kq) slovakiyalı İnqrida Suxankova, xorvatiyalı Ana Lenard və türkiyəli Merve Çobanla üz-üzə gələcək. Saat 11:18-dən başlayaraq, kişi kumiteçilərdən Firdovsi Fərzəliyev (60 kq) ilk olaraq ispaniyalı Qomes Qarsiya, ardından italiyalı Luka Mareska və albaniyalı Halil Marqeşi ilə qarşılaşacaq. Saat 11:24-dən etibarən Niyazi Əliyev (67 kq) gürcüstanlı İranli Tkebuçava, fransalı Stiven Da Kosta və ispaniyalı Manuel Razero Ruislə, saat 12:36-dan başlayaraq, Rafael Ağayev (75 kq) ukraynalı İlya Nikulin, Erman Eltemur və latviyalı Ruslan Sadıkovla üz-üzə gələcək.  

Saat 10:49-dan etibarən Azərbaycanın yunan-Roma güləşçiləri döşək üzərinə çıxacaqlar. Elman Muxtarov (59 kq) gürcüstanlı Gizo Meladze, Rəsul Çunayev (71 kq) moldovalı Daniel Kataraqa, Rafiq Hüseynov (80 kq) avstriyalı Mixail Vaqner və Orxan Nuriyev isveçli Teodoros Tunusidislə (98 kq) qarşılaşacaq.

Saat 12:00-dan dağ velosipedçilərindən Ülfət Nəzərli qadınlar, saat 15:30-da isə kişilərdən Aqşin İsmayılov və Orxan Məmmədovun iştirakı ilə yürüşlər başlanacaq.

Saat 12:30-da triatlonçu Kseniya Levkovska qadınlar arasında keçiriləcək mübarizəyə qoşulacaq. Qaçış, üzgüçülük və velosiped idmanı üzrə yarışları özündə birləşdirən bu növdə yekun sıralamada 53 iştirakçı arasında ilk yeri tutan triatlonçu 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Saat 16:30-da Azərbaycanın qadınlardan ibarət voleybol yığması, saat 18:45-də isə su polosu üzrə kişilərdən ibarət milli komandası Rumıniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, iyunun 12-dən start götürən "Bakı 2015" I Avropa Oyunları 17 gün davam edəcək. 

Son xəbərlər

Orphus sistemi