Yuxarı

​Azərbaycan I Avropa Oyunlarının 2-ci gününü 7 medalla başa vurub

Ümumilikdə medallara Avropanın 50 iştirakçı ölkəsindən 17-si yiyələnib

Bakı. 13 İyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında ikinci yarış günü ilk medallar sahiblərini tapıb. "Report"un məlumatına görə, bu gün 4 növ üzrə 13 dəst medal qazanılıb.

Onlara Avropanın 50 iştirakçı ölkəsindən 17-si yiyələnib. Azərbaycan günü 7 medalla – 3 qızıl, 1 gümüş, 3 bürünclə başa vurub. Bu göstəricidə ölkəmiz medal sayında birinci, medal əyarında isə ikinci olub. Medal əyarında birinci yeri isə 3 qızıl, 2 gümüş, 1 bürünc medal əldə edən İsveçrə tutub.

N ÖLKƏLƏR QIZIL GÜMÜŞ BÜRÜNC CƏMİ
1. İsveçrə 3 2 1 6
2. AZƏRBAYCAN 3 1 3 7
3. Rusiya 3 0 0 3
4. Fransa 2 1 3 6
5. Türkiyə 2 1 2 5
6. İtaliya 0 2 0 2
7. Xorvatiya 0 1 2 3
8. Belarus 0 1 1 2
9. Avstriya 0 1 0 1
9. Macarıstan 0 1 0 1
9. Hollandiya 0 1 0 1
12. Ukrayna 0 1 0 1
13. Bolqarıstan 0 0 1 1
13. Almaniya 0 0 1 1
13. Makedoniya 0 0 1 1
13. Polşa 0 0 1 1
13. İsveç 0 0 1 1
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi