Yuxarı
    Bağlamaq

    Azərbaycan güləş yarışının son günündə daha 3 medal qazanıb

    Hacı Əliyev, Ruslan Dibirhacıyev və Cəmaləddin Məhəmmədov ölkəmizin aktivinə bürünc medal yazdırıblar

    Bakı. 18 iyun. REPORT.AZ/ Sərbəst güləşçi Camaləddin Məhəmmədov Azərbaycanın aktivinə növbəti medalı yazdırıb. "Report"un məlumatına görə, o, üçüncülük yarışında slovakiyalı Soslan Qaqaloyevi məğlub edib - 7:2.

    Bununlada "Bakı 2015" I Avropa Oyunlarında güləş yarışlarına yekun vurulub.

    *** 20:54

    Sərbəst güləşçi Nurməhəmməd Hacıyev bürünc medal yarışında məğlub olub. "Report"un məlumatına görə, Azərbaycan pəhləvanı 86 kq çəkidə polşalı Radoslav Marçinkieviçzə məğlub olub - 3:5.

    *** 19:53

    Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında sərbəst güləşdə təmsil edən Ruslan Dibirhacıyev 70 kq çəki dərəcəsində sonuncu görüşünə çıxıb. "Report"un məluatına görə, o, gürcüstanlı pəhləvanla görüşdən qalib ayrılıb - 6:2

    Nəticədə R.Dibirhacıyev bürünc medal qazanıb.

    *** 19:11

    "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı sərbəst güləşdə təmsil edən Hacı Əliyev türkiyəli Munir Recep Aktaşla qarşılaşıb. "Report"un məlumatına görə, 61 kq çəki dərəcəsində gedən gərgin mübarizənin sonunda azərbaycanlı pəhləvan bürünc medal qazanıb. Görüş 10:2 hesabı ilə başa çatıb.

    *** 13:31

    I Avropa Oyunlarında Azərbaycanı sərbəst güləş növündə təmsil edən Hacı Əliyev (61 kq) finala yüksələ bilməyib. "Report"un məlumatına görə, o, yarımfinalda Aleksandr Boqomoyev (Rusiya) ilə görüşdə 2:5 hesabı ilə məğlub olub.

    *** 12:33

    Bakı. 18 iyun. REPORT.AZ/ I Avropa Oyunlarında Azərbaycanı sərbəst güləş növündə təmsil edən Hacı Əliyev (61 kq) yarımfinala yüksəlib. "Report"un məlumatına görə, 2014-cü ilin ən yaxşı idmançısı 1/4 finalda slovakiyalı Mikola Bolotnyuku 11:0 hesabı ilə məğlub edib. 

    Onun növbəti rəqibi rusiyalı Aleksandr Boqomoyev olacaq. 

    *** 12:30

    "Bakı 2015"də mübarizəyə qoşulan Azərbaycanın 4 sərbəst güləşçisindən 3-ü məğlubiyyətlə üzləşib. "Report"un məlumatına görə, Ruslan Dibirhacıyev (70 kq) və Camaləddin Məhəmmədov (125 kq) 1/8 finalda, Nurməhəmməd Hacıyev (86 kq) 1/4 finalda uduzub. 

    R.Dibirhacıyev polşalı Məhəmmədmurad Hacıyevə 2:7, N.Hacıyev rusiyalı Abdulrəşid Sadullayevə 1:11, C.Məhəmmədov isə türkiyəli Taha Akgülə 2:5 hesabı ilə yenilib. 

    Məğlub güləşçilərdən N.Hacıyevin bürünc medal uğrunda görüşlərdə iştirak edəcəyi dəqiqləşib. O, ilk təsəlliverici qarşılaşmada italiyalı Tudor Zasile Zuzu sınağa çəkəcək. 

    *** 12:10

    Azərbaycanı "Bakı 2015"də təmsil edən sərbəst güləşçi Camaləddin Məhəmmədov (125 kq) 1/8 final görüşünə çıxıb. "Report"un məlumatına görə, C.Məhəmmədovun rəqibi türkiyəli dünya və 3 qat Avropa çempionu Taha Akgül olub. 

    Görüş T.Akgülün qələbəsi ilə yekunlaşıb - 5:2. 

    *** 11:28

    Bakı 2015” Avropa Oyunları çərçivəsində Azərbaycanın 86 kq çəki dərəcəsində yarışan sərbəst güləşçisi Nurməhəmməd Hacıyev 1/8 final mərhələsində Georgi Sredkov (Bolqarıstan) ilə görüşüb.

    “Report”un xəbərinə görə, N.Hacıyev rəqibini 14:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Onun növbəti rəqibi rusiyalı Abdulrəşid Sadullayev olacaq. 

    *** 11:09

    Bakı. 18 iyun. REPORT.AZ/ “Bakı 2015” Avropa Oyunları çərçivəsində Azərbaycanın 61 kq çəki dərəcəsində yarışan sərbəst güləşçisi Hacı Əliyev 1/8 final mərhələsində Valodya Franqulyan (Ermənistan) ilə görüşüb.

    “Report”un xəbərinə görə, H.Əliyev erməni rəqibini 7:0 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Onun növbəti rəqibi slovakiyalı Mikola Bolotnyuk olacaq. 

    *** 10:45

    Bakı. 18 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında 125 kq çəki dərəcəsində mübarizə aparan Camaləddin Məhəmmədov 1/8 finala yüksəlib. "Report"un məlumatına görə, o, təsnifat yarışında Conas Rodavikiusa qalib gəlib - 10:0.

    Azərbaycan pəhləvanının 1/8 finaldakı rəqibi türkiyəli Taha Akgül olacaq.

    *** 10:33

    "Bakı 2015" I Avropa Oyunlarında bu gün güləş yarışlarına yekun vurulacaq. "Report"un məlumatına görə, sonuncu yarış günündə sərbəst güləş üzrə daha 4 çəki dərəcəsində medal dəstləri sahiblərini tapacaq. 

    Azərbaycan təmsilçilərindən 3-ü mübarizəyə 1/4 final mərhələsindən başlayacaq.

    İlk olaraq döşək üzərinə 61 kq çəki dərəcəsində yarışan Hacı Əliyev çıxacaq. Avropa və dünya çempionunun ilk rəqibi Ermənistan təmsilçisi Valodya Franqulyan olacaq. Ötən gün H.Əliyevin qardaşı Yaşar Əliyev 1/4 finalda Ermənistanın digər güləşçisi Qarik Barseqyanı məğlub edib. 

    70 kq çəki dərəcəsində komandamızda yer alan Ruslan Dibirhacıyev ilk görüşünü polşalı Məhəmmədmurad Hacıyevə qarşı keçirəcək.

    86 kq çəkidə güləşən Nurməhəmməd Hacıyev bolqarıstanlı Georgi Sredkovu məğlub etməyə çalışacaq.

    Nəhayət, 125 kq çəki dərəcəsində ölkəmizi yarışlarda təmsil edən Camaləddin Məhəmmədov 1/8 finala vəsiqə qazanmaq üçün təsnifat mərhələsində Jonas Rudaviçyusu məğlub etməli olacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi