Yuxarı

Azərbaycan cüdoçusu Orxan Səfərov gümüş medal qazanıb, Nicat Şıxəlizadə 5-ci olub - YENİLƏNİB

24 yaşlı idmançı rusiyalı Beslan Mudranova uduzub

Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə "Bakı 2015" I Avropa Oyunlarını 5-ci pillədə başa vurub. "Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən 27 yaşlı idmançı bürünc medal uğrunda görüşdə rusiyalı Mixail Pulyayevə vaza-ari xalı ilə uduzub. Beləliklə, Azərbaycan cüdoçuları ilk yarış gününü 1 gümüş medalla başa vurub. Həmin medala 60 kq çəki dərəcəsindəki Orxan Səfərov sahib olub. 

*** 20:12

Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən Orxan Səfərov gümüş medal qazanıb. "Report"un məlumatına görə, 24 yaşlı idmançı finalda rusiyalı Beslan Mudranova uduzub. 

Görüşün sonlarında B.Mudranov tətbiq etdiyi ippon fəndi nəticəsində görüşün qalibi olub. 

Qeyd edək ki, Azərbaycanın daha bir cüdoçusu Nicat Şıxəlizadə 66 kq çəki dərəcəsində bürünc medal görüşünə çıxacaq. Rəqib daha bir rusiyalı Mixail Pulyayev olacaq.

Foto: Elşən Baba

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi