​Azərbaycan boksçusu "Bakı 2015"də gümüş medal qazanıb

​Azərbaycan boksçusu "Bakı 2015"də gümüş medal qazanıb Bununla da Azərbaycan millisi günü 3 qızıl və 1 gümüş medalla başa vurub
Avropa Oyunları
27 İyun , 2015 19:57
​Azərbaycan boksçusu Bakı 2015də gümüş medal qazanıb

Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən Xaybula Musalov gümüş medal qazanıb. "Report"un məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən X.Musalov finalda gənclər arasında Avropa çempionatının gümüş medalçısı irlandiyalı Maykl Oreylliyə uduzub - 0:3.

Bu çəki dərəcəsində bürünc medallara Rusiya idmançısı Maksim Koptyakov və macarıstanlı Zoltan Harcsa layiq görülüb.

Bununla da Azərbaycan millisi günü 3 qızıl və 1 gümüş medalla başa vurub.

Son xəbərlər

Orphus sistemi